Bacısını öldürən qardaş: ''Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım'' - VİDEO

Bacısını öldürən qardaş: ''Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım'' - VİDEO

Daxili İşlər Nazirliyi Lənkəranda 4 il əvvəl baş vermiş cinayətlə bağlı məlumat yayıb. Criminal.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, məlumata görə, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxmış və geri qayıtmayıb.

Lənkəran ŞRPŞ-yə daxil olmuş məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib. Təranənin cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.

Lənkəranda 4 il əvvəl bacısı Təranə Ağayevanı öldürərək Nərimanabad 1 qəsəbəsi ərazisində basdırdığını deyən Ağayev Fuad Polad oğlunun göstərdiyi yerdə qazıntı işləri aparılıb və meytin qalıqları tapılmayıb. Report xəbər verir ki, Lənkəran Rayon Prokurorluğu meyitin ekskumasiya olunması haqda qərar verib.

Ekskumasiyada Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin ekspertləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Amma F.Ağayevin göstərdiyi yerdən T.Ağayevaya aid heç bir qalıntı tapılmayıb.

F.Ağayev hadisə yerində hüquq-mühafizə orqanların əməkdaşlarına bildirib ki, meyiti həmin ərazidə basdırıb. Amma iki il keçəndən sonra qəbiri təkrar açaraq sümükləri oradan çıxarıb və dənizə atıb. Faktla bağlı araşdırmalar davam edir. 

Criminal.az


Bacısını öldürən qardaş: ''Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım'' - VİDEO
Bacısını öldürən qardaş: ''Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım'' - VİDEO
Bacısını öldürən qardaş: ''Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım'' - VİDEO
Bacısını öldürən qardaş: ''Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım'' - VİDEO


Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər