Rəzalət: şəhid məzarları dağılıb, icra başçısı “qış yuxusu”nda - Fotolar

Rəzalət: şəhid məzarları dağılıb, icra başçısı “qış yuxusu”nda - Fotolar

Tovuzun Dondar Quşçu kənd məzarlığı dağılıb. Ən ürəkparçalayan fakt ondan ibarətdir ki, qəbiristanlıqda uyuyan şəhidlərin məzarları da baxımsızlıqdan dağılıb tökülüb. Politika.Az-ın məlumatına görə, sosial şəbəkələrdə məzarlıqdan fotolar yayımlanıb. Rayon icra başçısı Tofiq Zeynalova və Tovuzun deputatlarına ünvanlanan mesajda onların laqeydliyinə etiraz edilib.

Yerli sakinlər Feysbukda Tovuz rəhbərliyinin diqqətsizliyinə qəzəblə reaksiya verib. Onların sözlərinə görə, icra başçısının vaxtı olanda vətən uğrundan canından keçən şəhidlərin məzarlarının dağılması ilə maraqlanar. Təbii ki, bu fakt qarşısında Tovuz rayon İcra Hakimiyyətinin və kənd bələdiyyəsinin nə cavab verəcəyi də bəlli deyil. Acı reallıq və tükürpədən mənzərə budur ki, kəndin məzarlığındakı şəhidlərin baş daşları dağılıb, ayaqlar altına atılıb. Erməni ictimaiyyətinə fürsət qazandıran bu məmurların laqeydliyi, bivecliyi, biznes maraqlarını üstün tutması ucbatından şəhidlərimizin məzarları da batıb gedir. T.Zeynalov belə bir həssas məsələyə laqeydlik nümayiş etdirməklə tovuzluların hiddətinə səbəb olub.

Dondar Quşçu sözünün birinci komponenti Dondar etnotoponimi ilə bağlıdır. Dondar Qafqaz Albaniyasında yaşayan 26 tayfadan biridir. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov dənizi sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları məlumat verib. Dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s. kimi toponimlərdən aydın olur ki, dondarlar Qafqaz Albaniyasının şimal-qərb ərazilərində yaşayıblar. Sözün ikinci komponenti "Quşçu" etnotoponimi ilə bağlıdır. Bu etnotoponim qədim mifoloji inamlara söykənir. 

Criminal.az




Loading...


loading...
Loading...
loading...