Azərbaycanda 16 yaşlı oğlan qətl törətdi

Azərbaycanda 16 yaşlı oğlan qətl törətdi

Cəlilabadda qətl törədilib. 

Azərbaycan prospekti 17 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Emin Elman oğlu Abdullayev ürək nahiyəsindən iki bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib.

 18 yaşlı oğlanı öldürən şəxsin kimliyi müəyyənləşib.

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gecə Cəlilabad şəhərində Emin Abdullayevi bıçaqlayaraq öldürən şəxsin 2001-ci il təvəllüdlü Murad Muradov olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 

Criminal.az