Bakıda kişiyə 4 bıçaq zərbəsi vurulub

Bakıda kişiyə 4 bıçaq zərbəsi vurulub

Bakıda 52 yaşlı kişiyə tanımadığı şəxs tərəfindən 4 bıçaq zərbəsi vurulub. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib. Belə ki, 1964-cü il təvəllüdlü Məmmədov Hacıbaba Məmməd oğlu işdən evə qayıdan zaman onunla naməlum şəxs "Azərbaycan qadını" küçəsində əlbəyaxa mübahisə edib.

Nəticədə H.Məmmədov 4 bıçaq zərbəsi alıb. H.Məmmədov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. 

Criminal.az






Oxşar xəbərlər