Bakıda kriminal qruplaşma arasında atışma olub

Bakıda kriminal qruplaşma arasında atışma olub

Hadisə yerindən “Makarov” tipli tapançaya məxsus gilizlər aşkarlanıb.

Bakıda silahlı insident olub. Criminal.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gecə Bakının Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən "Nənəmin Təndiri" kimi tanınan iaşə obyektinin yaxınlığında baş verib.

Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub. İlkin məlumata görə, hadisə zamanı xəsarət olan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər. Hadisənin iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ölkə.az-a açıqlama  verib.

Açıqlamada deyilir:

"Bu kriminal qruplaşmaların necə "razborkası"dır ki, bir nəfərin də burnu qanamayıb. Hadisəni yalandan şişirdiblər. Bu barədə bizə heç bir məlumat daxil olmayıb".

Criminal.az




Loading...


loading...
Loading...
loading...