Evindən aparılan gənc cəbhəçidən xəbər var - HƏBS OLUNDU

Evindən aparılan gənc cəbhəçidən xəbər var - HƏBS OLUNDU

 «Yanvarın 9-u yaşadığı evdən Suraxanı Rayon Polis İdarəsinin 30 saylı bölməsinə aparılan AXCP fəalı Nicat Nizamov sərbəst buraxılmayıb. Hələ də, polis bölməsində saxlanılır». Bunu AzadlıqRadiosuna partiyanın sədr müavini Gözəl Bayramlı bildirib. G.Bayramlının deməsinə görə, yanvarın 9-u gecə saatlarına kimi polis bölməsinin həyətinə toplaşan partiya üzvlərinə bu saxlanmanın səbəbi barədə hər hansı açıqlama verilməyib.

G.Bayramlı N.Nizamovun yaxın saatlardaməhkəmə önünə çıxarılacağı düşüncəsindədir: «Adətən belə hallarda üzvlərimizi məhkəməyə çıxararaq inzibati qaydada həbs edirlər».

Məsələyə, hələlik, nə Suraxanı Rayon Polis İdarəsinin 30 saylı bölməsindən, nə də Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən münasibət almaq mümkün olub. AXCP üzvü N.Nizamovun yanvarın 9-u saat 16 radələrində evindən 30 saylı polis bölməsinə gətirildiyi bildirilir. Ancaq gəncin sonrakı taleyi ilə bağlı heç bir açıqlama verilmir.

Hazırda bu partiyanın 10-dan çox üzvü həbsdədir. AXCP onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin şəxslər törətdikləri əmələ görə məsuliyyətə alınıblar. 

+++++++

AXCP fəalı Nicat Nizamov Suraxanı Rayon Məhkəməsində 10 sutka inzibatı həbs cəzası alıb.

Bu barədə AzadlıqRadiosuna məhkəmə önündə gözləyən AXCP üzvləri məlumat veriblər.

Criminal.az