Kişi qohumları tərəfindən döyülərək bıçaqlandı

Kişi qohumları tərəfindən döyülərək bıçaqlandı

Bu gün axşam saatlarında Sabirabad rayonunun Çığırqan kəndində bıçaqlanma hadisəsi baş verib. Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə,1979-cu ildə anadan olmuş kənd sakini Səfərov Təhmasib Qurbanəli oğlu aldığı xəsarətlərdən Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralının dediyinə görə, o, öz həyətlərində əmisi oğlu Əliyusif və onun bacanağı ilə aralarında baş vermiş münaqişə zəminində bıçaqlanıb. Hazırda yaralının üzərində cərrahiyyə əməliyyatı aparılır. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. 

Criminal.az






Oxşar xəbərlər