Psixi xəstələr də Eldar Mahmudovun hədəfində olubmuş

 Psixi xəstələr də Eldar Mahmudovun hədəfində olubmuş

ADNA-dakı terrorla Binəqədidəki yanğını birləşdirən nöqtələr var; Azərbaycanı silkələyən dəhşətli olayları niyə MTN-də dəlilərin üzərinə qoyublar?.. 

Azərbaycanda zaman-zaman törədilən, ölkə əhalisini təlaşa salan olayların ört-basdır olunmasında psixi xəstə və əlillərdən istifadə olunub. Apardığımız araşdırma zamanı üzə çıxan faktlar - 2009-cu ilin aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında 13 nəfərin ölümü, 12 nəfərin yaralanması ilə sonunclanmış qanlı terror olayı, 2015-ci il mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnmiş dəhşətli yanğını birləşdirən nöqtələrin olduğunu deməyə əsas verir. 
 
Hər iki dəhşətli olaydan əvvəl və sonra Eldar Mahmudovun rəhbərlik etdiyi qurum - artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi psixi xəstə və əlilləri istintaqa cəlb edib! Faktlar belə nəticə çıxarmağa əsas verir ki, dəhşətli olaylardan əvvəl yalançı telefon zəngləri ilə hüquq-mühafizə orqanlarının sayıqlığını minimum endirməyə çalışanlara bu şəkildə yardım olunub. Başqa sözlə desək, əsl cinayətkarların istintaqdan kənarda qalması üçün tədbirlər görülüb!!!
Bu, bir təsadüf olubmu, yoxsa baş vermiş dəhşətli cinayətlərin ört-basdır olunmasına hesablanan addım? Bu məsələlər gec də olsa hüquq-mühafizə oranları tərəfindən araşdırılmalı, həqiqət üzə çıxarılmalıdır.
 
2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror olayı Azərbaycan tarixinə qanla yazıldı. İttihama görə, Fərda Qədirov ADNA binasına daxil olub və qarşısına çıxanları güllə atəşinə tutub. Bu olaydan əvvəl və sonra şəhərin müxtəlif nöqtələrinə bomba qoyulması barədə polisə xəbərlər verilib. Bu haqda “Yeni Müsavat”ın 16 may 2009-cu il tarixli sayında “Fərda Qədirovun sirri açıldı” sərlövhəli yazıda qeydlər var.
 
Həmin yazıdan sitatı təqdim edirik: 
 
“Məsələn (2009-cu il) mayın 8-də metronun ”Gənclik" metrostansiyasına bomba qoyulması ilə bağlı polisə anonim zəng olub. Naməlum şəxs “102" xidmətinə zəng vuraraq ”Gənclik" stansiyasına partlayıcı maddə qoyulduğunu bildirib. Nərimanov rayon Polis İdarəsinin araşdırmalarından sonra məlum olub ki, zəng Xətai rayonu ərazisindəki taksofondan edilib. Araşdırmalar nəticəsində məlum olub ki, anonim zəngi Gözdən Əlillər üçün Məktəbin 16 yaşlı şagirdi edib. Mayın 14-də naməlum şəxs yenidən “102" xidmətinə zəng vuraraq Suraxanı rayonu ərazisindəki dövlət əhəmiyyətli obyektlərdən birinə bomba qoyulması xəbərini verib. Suraxanı PRİ-nin və Milli Təhlükəsizlik Nazirliyinin Suraxanı Rayon Şöbəsi əməkdaşları birgə tədbir keçirib müəyyən ediblər ki, anonim zəngi Qarayev küçəsi dalan 1 ”b" üvanında yaşayan ruhi xəstə, 1987-ci il təvəllüdlü Çinar Çingiz oğlu Balaəhmədov edib. Lakin baş verən hadisədən və əlimizdəki məlumatlardan sonra korla ruhi xəstənin bomba qoyulması xəbəri yaymaları bir o qədər də inandırıcı görünmür". 
 
 
ADNA-dakı olayın istintaqı zamanı bu məqamlara diqqət yetirilib-yetirilməməsi haqda məlumat yoxdur. Amma vaxtında bu məqamlar ətraflı araşdırma aparılsaydı, bəlkə də Binəqədidə bina yanmazdı. Fakt budur ki, dəhşətli yanğından əvvəl və sonra da psixi xəstələrin adı ortalığa çıxıb. 
 
 
 
sərlövhəli yazı dərc olunub. Həmin yazıda ölkəni silkələyən dəhşətli yanğından əvvəl törədilən cinayətlərdə psixi xəstələrin adının peyda olmasına diqqət çəkilir. Sitat: “Vəkilin ”silsilə yanğınlara cəhd olub" açıqlamasının izi ilə apardığımız araşdırma düşündüyümüzdən də ilginc detalların üzə çıxmasına səbəb oldu. Hamının gözləri qarşısında baş verən yanğınları birləşdirən, bir zəncirin halqaları olmasını deməyə çox ciddi əsaslar var. 2014-cü il noyabrın 26-da Bakıda, Qaraçuxur qəsəbəsində məscidin yandırılmasına cəhd olub. Gecəyarısı 2 şəxs məscidin içinə neft məhsulu ilə doldurulmuş 5-6 ədəd yarımlitrlik şüşə atıblar. Meydana gələn yanğın haqda məscid gözətçisi xəbər verdikdən sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb.
Sonradan Milli Təhlükəsizlik Nazirliyi yanğını törətməkdə suçlayaraq psixi xəstə Namiq Nəsibovu və Bakı sakini Elnur Ələkbərovu həbs edib. 2016-cı ilin martında N.Nəsibovla E.Ələkbərovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə prosesi boyu günahsız olduğunu deyən Elnur Ələkbərov hökmün elanı başa çatan kimi özünə xəsarət yetirib. O, hökmə etiraz olaraq, üzərindəki ülgüclə sol qolunu kəsib. Məhkəmədə fəryad edən onun anası Sevda Ələkbərova oğlunun heç bir cinayət törətmədiyi halda, ağır cəzaya məhkum edildiyini bildirib. O, xüsusən keçmiş MTN əməkdaşlarını ittiham edib. Deyib ki, oğluna orada elə işgəncələr veriblər ki, 25 gün ayağa qalxa, hətta ayaqyoluna da gedə bilməyib. N.Nəsibov isə məcburi müalicəyə göndərilib. MTN ləğv olunsa da, məscid yandırılması ilə bağlı bu günədək obyektiv araşdırma aparılmayıb". 
Bundan başqa, Binqədidəki yanğından 15 gün sonra - iyunun 5-də Bakıda, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində vətəndaşların şəxsi minik avtomobillərinin qəsdən yandırılması faktları qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 30-a yaxın bahalı maşının üzərinə neft məhsulu tökməklə yandırıblar. 
 
Maraqlı məqam odur ki, MTN-çilərin məlumatları əsasında saxlanılan 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov da psixi xəstə çıxıb!
 
Image result for Psixi xəstə
 
Həmin yazıdan sitat: “Az keçməyib ki, mətbuatda Səfər Mahmudovun da Qaraçuxurda məscidi yandırmaq suçu ilə həbs edilən Namiq Nəsibovtək psixi xəstə olması haqda xəbərlər peyda olub. Sabiq milli təhlükəzilik naziri Eldar Mahmudovla eyni familiyanı daşıyan Səfər Mahmudovun həbsindən sonra da Qaraçuxurda yenə bir neçə maşın yenə yandırılıb. Sakinlər təşviş içində gecələri maşınlarının yanında keçirməli olublar. Bu hadisə qəsəbənin Yaşar Əliyev küçəsində qeydə alınıb. Yandırılan maşınlar əsasən ”Toyota", “BMV”, “Mercedes”, “Ford” markalı lüks maşınlar olub. S.Mahmudov dəlidirsə, niyə məhz bahalı maşınları yandırıb?"  
Faktlar oxları artıq ləğv edilmiş MTN-ə yönləndirir. Niyə Azərbaycanı təşviş içində saxlayan dəhşətli olayların qanlı ləpirləri bu quruma uzanır və orada itib?  
 
Criminal.az