39 nəfərin qətlə yetirildiyi gecə klubunda olan Şaxta baba danışdı - FOTO

 39 nəfərin qətlə yetirildiyi gecə klubunda olan Şaxta baba danışdı - FOTO

Reina qətliamında ikinci terrorçu olduğu iddia edilən, ancaq daha sonra günahsız olduğu anlaşılan Şaxta baba qiyafəli Səlçuq adlı şəxs, "Məni Şaxta baba paltarında görsəydi, bəlkə də bütün darağı üzərimə boşaldardı" deyib. 

Musavat.com xəbər verir ki, məlum hücum sonrasında Şaxta baba qiyafəli bir nəfərdən bəhs edilir, onun terrorçu olduğu deyilirdi. Həmin xəbərləri oxuyan Səlçuq adlı şəxs, özü polisə gedərək, ifadə verib. Çünki o, həmin gecə orada Şaxta baba geyimində olub. Səlçuk, "Bunları oxuyanda təəccübləndim. Mühafizə kameralarında hər şey var. O gecə gedib polisdə ifadə verdim" deyib.
 
"İnsanlara "Sakit olun" deyə bağırdım"
 
Səlçuk 9 ildir ki, həmin məkanda işləyir həmin gecə müştəriləri əyləndirmək üçün Şaxta baba kostyumu geyinibmiş. Hadisə zamanı da orada olan 35 yaşlı gənc, başına gələnləri danışıb: "Saat 01:15 sıralarında silah səsləri gəldi. Şampan partladıldığını güman etdim. Ətrafa baxdım, insanlar üzərimə doğru qaçırdı. Pilləkənlərdən yazlıq restoran qisminə endim. İçəridə Hollandiyadan gələn qız dostum və onun dostları var idi. Silah səsləri bir dəqiqədən artıq davam etdi. Qız dostumu tapmaq üçün yuxarı qalxdım. Onu və yoldaşlarını gizlənərkən tapdım. Oradan tez qaçmağa başladıq. Biz qaçarkən insanlar da arxamızla qaçmağa başladı. Hara gedəcəklərini bilmirdilər. 
 
İnsanlara "Sakit olun" deyə bağırdım. Mətbəx tərəfindəki otağa girib gizləndik. Təxmini 15-20 nəfər idik. Əri ölən bir livanlı qadın durmadan ağlayırdı. Qapının önünə gələn yaralı bir qadını da içəri buraxıb, qapını bağladıq. Əlimizə nə keçdisə qapının qabağına yığdıq. Yaralı bir qadına ilk tibbi müdaxiləni edib qanını dayandırmağa çalışırdıq". 
 
Otaqda təxminən yarım saat qaldıqlarını deyən Səlcuq, sözlərinə belə davam edib: "Telefonla dostlarımız bizə zəng edirdilər, biz də polisə zəng edib, qaldığımız yeri tərif edirdik. Sonra xüsusi təyinatlı polislər gəlib bizi otaqdan çıxardılar".
 
Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində Özbəkistan əsilli Abdulqadir Maşaripov İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. 
 
Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən  600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var. Ölənlər arasında müxtəlif ölkələrin vətəndaşları var. Onlardan biri Rusiya vətəndaşı olan azərbaycanlı, yaralılardan ikisi isə Azərbaycan vətəndaşıdır.  
 
Criminal.az

 39 nəfərin qətlə yetirildiyi gecə klubunda olan Şaxta baba danışdı - FOTO
 39 nəfərin qətlə yetirildiyi gecə klubunda olan Şaxta baba danışdı - FOTO


Loading...


loading...
Loading...
loading...