Rusiyanın Afinadakı konsulu ölü tapıldı

Rusiyanın Afinadakı konsulu ölü tapıldı

Rusiyanın Yunanıstanın paytaxtı Afinadakı konsulu Andrey Malanin dünyasını dəyişib.  “Ria Novosti”nin məlumatına görə, konsulun cəsədi mənzilində tapılıb.

Qeyd olunur ki, diplomat işə getməyib və telefon zənglərinə cavab verməyib. Malaninin bundan narahat olan həmkarları polis əməkdaşları ilə onun evinə gedərək meyitini aşkarlayıblar. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. 

Criminal.az