Türkiyə lirasindən antirekord geriləmə

Türkiyə lirasindən antirekord geriləmə

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 6-sı ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,51% zəifləyərək 1,8677 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,33% ucuzlaşaraq 0,0298 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 1,1% zəifləyərək 0,4863 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1701 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 1,2%-lik azalma baş verib.

Gürcüstan larisinin məzənnəsi də 0,17% möhkəmlənərək 0,6458 manat olub.

Criminal.az