Türkiyədə "canlı bomba" həyəcanı - Sərxoş kişi ortalığı qarışdırdı (VİDEO)

Türkiyədə "canlı bomba" həyəcanı - Sərxoş kişi ortalığı qarışdırdı (VİDEO)

Ankarada bir restoranda canlı bomba olduğu zənn edilən bir şəxs ortalığı qarışdırıb. Musavat.com xəbər verir ki, hadisə Çankaya ərazisində yerləşən restoranlardan birində baş verib.

Restorandan müştəriləri çıxardıqdan sonra, canlı bomba olduğu bilinən şəxsin sərxoş olduğu üzə çıxıb. Hesabı ödəmək istəməyən sərxoş şəxs ilə restoran sahibi arasında mübahisə yaşanıb.

Sərxoş şəxsin boynundakı qulaqlıqları kabel zənn edən və şəxsin əlini belinə doğru apardığını görən müştərilər, "canlı bomba" deyə qışqırmağa başlayıb. Daha sonra hadisə yerinə çox sayda polis cəlb edilib. 

Criminal.az