Türkiyədə deputatları döydülər

Türkiyədə deputatları döydülər

Türkiyə Böyük Milli Məclisinin (TBMM) qarşısında konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı etiraz aksiyası keçirilib.

Criminal.az AzVision.az-a istinadən xəbər verir ki, etiraz aksiyasında CHP-li millət vəkilləri, QHT üzvləri iştirak edib. Polis dağılmaq əmrinə tabe olmayan iştirakçılara qarşı bibər qazından istifadə edib. Polislə etirazçılar arasında baş verən qarşıdurmada CHP-nin Ankara millət vəkili Necatı Yılmazın protez dişi qırılıb.

Digər CHP-li deputatlar Orxan Sarıbal, Əli Şəkər və Şənər Saruhan da polisin müdaxiləsi zamanı yaralanıb.

Criminal.az