Avropa çempionu avtomobil qəzasında ölüb

 Avropa çempionu avtomobil qəzasında ölüb

Boks üzrə Avropa çempionu Denis Yankin avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

"Report"un məlumatına görə, hadisə Rusiyanın Kemerovo vilayətinin Çuqunaş - Şereqeş yolunun 16-cı km-də baş verib. Qəzada boksçu ilə yanaşı, daha iki nəfər ölüb. Şereqeş qəsəbəsinin adminstrasiyası ölənlərin sürücü, D.Yankin və onun qonaq gələn dostunun olduğunu bildirib. Yerli polis qəzanın sürücünün avtomobilin idarəetməsini itirməsi nəticəsində baş verdiyini açıqlayıb.

Bildirilib ki, "Lada Granta" markalı avtomobil əks hərəkət zolağına çıxaraq qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə sürücü, 35 və 37 yaşında iki sərnişin dünyasını dəyişib.

Criminal.az




Loading...


loading...
Loading...
loading...