Avtobus azyaşlı uşağı vurub

Avtobus azyaşlı uşağı vurub

Quba rayonunda azyaşlını avtobus vurub. Hadisə rayonun Timiryazev qəsəbəsində baş verib. Qəsəbə ərazisində yolu keçmək istəyən 2009-cü il təvəllüdlü Yusifov Aydın Ramin oğlunu marşrut avtobusu vuraraq xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

Həkimlər A.Yusifova qapalı kəllə beyin travması, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol diz oynağının oynaqdaxili sınığı diaqnozu qoyublar. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. (“Report”)




Loading...


loading...
Loading...
loading...