Bakıda 11 yaşı məktəbli ağır durumda - onu maşın vurub qaçdı (FOTO)

Bakıda 11 yaşı məktəbli ağır durumda - onu maşın vurub qaçdı (FOTO)

Dünən Bakının Suraxanı rayonunda 11 yaşı məktəblini maşın vurub. Criminal.az xəbər verir ki, salamnews-un əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 3 radələrində Hövsan qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Camalxan Azər oğlu Hüseynov oxuduğu 270 saylı orta məktəbə gedən zaman naməlum avtomobil tərəfindən vurulub.

Zərərçəkmişin atasının sözlərinə görə, hadisəni törədən qəsəbə sakini olduğundan onların yaşadığı ünvanı tanıyıb və balaca Camalxanı yaşadıqları binanın qarşısına qoyaraq ərazidən uzaqlaşıb. Valideynləri 11 yaşlı uşağı təcili tibbi yardım maşını vasitəsilə 3 nömrəli xəstəxanaya gətiriblər. Məktəbli əməliyyat olunub və dalağı çıxarılıb.

Hazırda vəziyyəti ağırdır və reanimasiya şöbəsindədir. Fakrla bağlı Suraxanı rayon 30-cu polis bölməsinə məlumat verilib və araşdırmalar aparılır. 

Criminal.az




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər