Bakıda 21 yaşlı qız sirkə turşusu içib intihar etmək istədi

Bakıda 21 yaşlı qız sirkə turşusu içib intihar etmək istədi

Bakıda 21 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib.

Criminal.az "Report"-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Belə ki, İsmayıl Qutqaşınlı küçəsi ev 27-də yaşayan 1996-cı il təvəllüdlü Qasımzadə Sevər intihar etmək məqsədilə sirkə turşusu içib.

S.Qasımzadə yaxınlarının köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Faktla bağlı Yasamal Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.

Criminal.az