Bakıda 3 uşaq anası əməliyyat masasında öldü - Həkim ''olur də belə şeylər'' deyib

Bakıda 3 uşaq anası əməliyyat masasında öldü - Həkim ''olur də belə şeylər'' deyib

Bu gün Bakının tanınmış xəstəxanasında cavan ana əməliyyat zamanı dünyasını dəyişib. Mərhumun yaxınları Criminal.az saytına bildirdi ki, 3 uşaq anası olan Vüsalə adlı qadın bu gün 5 saylı xəstəxanada ''qrıja'' əməliyyatı olunub. Lakin xəstə əməliyyat masasında keçinib. 

Mərhumun ailəsi yaxınlarının ölümündə həkim səhlənkarlığı olduğunu iddia edirlər. Bildirirlər ki, həkim əməliyyat zamanı xəstənin damarını zədələyib. Xəstə isə qanaxmadan dünyasını dəyişib. Hətta həkim hadisədən sonra mərhumun ailə üzvlərinə əməliyyat pulunu qaytararaq ''olur də belə şeylər'' deyərək gedib. 

Mərhum xanımın 3 azyaşlı uşağı anasız qalıb.  

Məsələni araşdırırıq, bizi izləyin...

Criminal.az