Bakıda polis polkovnikinin xanımının öldüyü qəzanın görüntüsü- Həftəsonu ailədə toy olacaqdı VİDEO

Bakıda polis polkovnikinin xanımının öldüyü qəzanın görüntüsü- Həftəsonu ailədə toy olacaqdı VİDEO

Bakıda polis polkovnikinin xanımının faviəvi ölümü barədə xəbər vermişdik. Xanım sürücünün idarə etdiyi avotmobilin avtobusla toquşmasının görüntüləri yayılıb. "BakuBus”un mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 9-da Binəqədi rayonunun C.Xəndan küçəsində "BakuBus”a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol hərəkəti qəzası ilə bağlı bir sıra mətbuat orqanlarında reallıqdan uzaq, gerçəkliyi əks etdirməyən məlumatlar yer alıb:

Buna da bax: Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO

 

"Hətta bəzi saytlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmədən nəticə çıxararaq, "BakuBus"-ın avtobusu ağır qəza törətdi” başlıqlı yazılarla avtobus sürücüsünü, daşıyıcı şirkət olaraq "BakuBus”-ı ittiham edib, ictimaiyyətdə hadisə ilə bağlı məqsədyönlü olaraq yanlış rəy formalaşdırmağa cəhd edib”. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.

Şirkət yayılan məlumatların gerçəkliyə uyğun olmadığını göstərmək üçün hadisənin görüntüsünü dətəqdim edib: "Eyni zamanda "BakuBus” olaraq bu saytlardan həqiqətə uyğun olmayan, uydurma məlumatları yaydığı üçün həmin məlumatların təkzib edilməsini və bir daha bu kimi reallıqdan uzaq məlumatların yayılmasından qətiyyətlə imtina etməsini tövsiyə edirik.

Xatırladırıq ki, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır”.

Qeyd edək ki, qəza yanvarın 9-da 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Sevda İsmayılova idarə etdiyi "Nissan Qasqai” markalı maşınla yolun əks hərəkət istiqamətinə çıxaraq "BakuBus”-a məxsus 6 saylı marşrut xətti ilə hərəkət edən "İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub. Nəticədə qadın sürücü ölüb.

Criminal.az bildirir ki, S.İsmayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Ələmərdanlı kəndində anadan olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının müəllimi idi. S.İsmaylovanın həyat yoldaşı isə polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir.

Faciə baş verən ailədə bu həftə toy olacaqdı. Həftənin şənbə günü S.İsmayılovanın qızının xına mərasimi keçirilməli idi.  

Criminal.az


Bakıda polis polkovnikinin xanımının öldüyü qəzanın görüntüsü- Həftəsonu ailədə toy olacaqdı VİDEO


Loading...


loading...
Loading...
loading...