"Baku Bus"un avtobusu ağır qəza törətdi: ölən var

"Baku Bus"un avtobusu ağır qəza törətdi: ölən var

Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “Nissan Qasqai” toqquşub. Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb.

Həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb. 

Criminal.az