Emin Hüseynov: “Mehmana mənşəyi bəlli olmayan 2 iynə vurublar”

Emin Hüseynov: “Mehmana mənşəyi bəlli olmayan 2 iynə vurublar”

“Mehman ciddi işgəncəyə məruz qalıb. Qeyri-insani davranış və ləyaqəti alçaldan ünsiyyətlə üzləşib. Kobud söyüşlər, təhqir olunub, vurulub – bu kimi neqativ hallar vaş verib.” Bu sözləri Amerikanın Səsinə açıqlamasında bloger Mehman Hüseynovun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib.

İşgəncə verilən zaman Mehman Hüseynovun özündən getdiyini deyən qardaşı blogerin 4-5 ildir ayağında varikoz damar genişlənməsindən əziyyət çəkdiyini xatırladıb. Həmin ayağından elektroşok alan Mehman Hüseynov daha sonra huşunu itirib: “Təcili tibbi yardım çağırandan sonra ona iki dənə mənşəyi bəlli olmayan iynə vurublar. Bu iynələrdən sonra onun halı bir qədər qeyri-müəyyən olub və ağır yuxuya gedib və səhər oyanıb. Ya yuxu dərmanı, ya kəskin ağrıkəsici olub, nə olduğunu indi demək bir az çətindir. İndi onu müstəqil həkim müayinəsindən keçirmək istəyirik.”

Bu işgəncə faktlarının həm onun saxlandığı yerdə, həm də daha sonra polis idarəsindən baş verdiyini söyləyən Emin Hüseynov sonradan Mehmanın Mütəşəkkil Cinayətklarlıqla Mübarizə İdarəsinə, oradan da Nəsimi rayon 22-ci Polis Bölməsinə aparıldığı deyib. Hüseynovun sözlərinə görə, bu hadisə həm Mehmanın blogerlik fəaliyyəti, həm də RATİ direktoru olaraq onunla bağlı ola bilər.

 
Criminal.az



Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər