İtkin bacısını ödürdüyü deyilən qardaş Azadlıqda - ''Qəbrini açıb sümüklərini dənizə atdım'' demişdi

İtkin bacısını ödürdüyü deyilən qardaş Azadlıqda - ''Qəbrini açıb sümüklərini dənizə atdım'' demişdi

Lənkəranda bacısının qətlində şübhəli bilinərək tutulan, əməli sübuta yetirilmədiyi üçün sonradan sərbəst buraxılan Fuad Ağayev yenidən Xoşqədəm Hidayətqızının verilişinə çıxıb. Criminal.az saytı lent.az-a istinadən xəbər verir ki, tutulmamışdan əvvəl də telekanala müraciət edən F.Ağayev bacısı Nazəndə ilə birgə verilişə gəlib. Burada məlum olub ki, 2012-ci ildə Təranə Ağayeva itkin düşməzdən 2 ay əvvəl evdən qaçıbmış.

Buna da bax: Bacısını öldürən qardaş: ''Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım'' - VİDEO

Daha sonra isə o, birlikdə qaçdığı oğlanın onu yarı yolda atması səbəbindən evə qaytarılıb. Polislər gecə saatlarında gənc qızı meşəlikdən tapıb bölməyə gətiriblər və daha sonra o, ailəsinə təhvil verilib. Hadisədən bir müddət sonra isə T.Ağayeva yoxa çıxıb.

F.Ağayev bildirib ki, bacısı qeyri-sağlam həyat tərzi sürən şəxslərlə münasibətdə olub və onlar Təranəni yoldan çıxarıb. Hazırda T.Ağayevanın ölüsündən, ya dirisindən xəbər yoxdur.

Qeyd edək ki, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində itkin düşdüyü deyilən 24 yaşlı Təranə Ağayevanın qardaşı tərəfindən öldürüldüyü bildirilsə də, bu iddia təsdiqini tapmayıb və polis tərəfindən saxlanılmış Fuad Ağayev sərbəst buraxılıb. 

Criminal.az


İtkin bacısını ödürdüyü deyilən qardaş Azadlıqda - ''Qəbrini açıb sümüklərini dənizə atdım'' demişdi
İtkin bacısını ödürdüyü deyilən qardaş Azadlıqda - ''Qəbrini açıb sümüklərini dənizə atdım'' demişdi


Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər