''Üç uşaq ana deyərək ağlayır...'' - Cavan ana 15 dəqiqəlik ''qrıja'' əməliyatından niyə sağ çıxmadı? FOTO

''Üç uşaq ana deyərək ağlayır...'' - Cavan ana 15 dəqiqəlik ''qrıja'' əməliyatından niyə sağ çıxmadı? FOTO

Bakıda cavan ananın ''qrıja'' əməliyyatı zamanı ölməsində ailə üzvləri həkimi gunahkar sayır. 

''15 dəqiqəlik əməliyyat idi. Bütün analizləri normal çıxmışdı. Cərrah Anar Mehdiyev əməliyyat etdi. Bir saat sonra nasılkada meyidini korridora qoydular ki, aparın''. 

Bu fikirləri Criminal.az saytına dünən 5 saylı xəstəxanada qasıq yırtığından əməliyyat zamanı dünyasını dəyişən 31 yaşlı Vüsalə Məmmədovanın həyat yoldaşı Şaqif Məmmədov bildirib. Onun sözlərinə görə, həkimlər ölümün ayağılnda trombdan baş verdiyini dedilər:

''Hərə bir söz deyir. Gah deyirlər damarı zədələnib, gah deyirlər narkoz zamanı keçinib. Bir onu deyə bilərəm ki, bir saat sonra Vusalənin cansız bədənini bizə verdilər. Əməliyyat üçün verdiyim 350 manatı həkim geri qaytardı və ''olur də belə şeylər'' deyərək getdi''. 

Mərhumun qohumları da Vüsalənin ölümündə həkim səhlənkarlığı olduğunu iddia edirlər. Bildirdilər ki, 15 dəqiqəlik dərialtı əməliyyata görə xəstənin ölməsində ancaq həkim günahkardır.

''Üç uşaq ana deyərək ağlayır. Balaca uşağın iki yaşı var. Çox dəhşətli vəziyyətdir. Meyidi ekspertizaya gətirmişik. Hadisə baş verəndən sonra heç həkimlər polisə belə məlumat verməyiblər. Meyidi korridora çıxararaq ərinə veriblər ki apar. Biz yenidən məsələnin araşdırılmasını istədik''-deyə mərhumun qohumları bildirdi. 

Cərrah Anar Mehdiyev isə Criminal.az saytına açıqlamasında bildirdi ki, hazırda prokurorluq tərəfindən araşdırma aparılır. Ekspert rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq. 

Həkimin sözlərinə görə, ölüm hadisəsində həkim səhlənkarlığından söhbət gedə bilməz:

''Əməliyyat zamanı qanaxma baş verməyib. Xəstə əməliyyat olunduqdan bir saat sonra vəziyyəti pisləşdi və bioloji ölüm baş verdi. Ehtimal edirik ki, trobdan ölüm baş verə bilər. Ancaq mənşəyi bilinməyən başqa xəstəliklərindən də olması mümkündür. 15-20 dəqiqəlik əməliyyat idi..''.

 Criminal.az