Ağır yaralı Nardaran dustağı azadlığa buraxılıb

Ağır yaralı Nardaran dustağı azadlığa buraxılıb

Onun yaxınlarının vəkil Yalçın İmanova söylədiyinə görə, məhkəmə prokurorluğun təqdimatı əsasında Əbülfəz Bünyadov barəsindəki həbs-qətimkan tədbirini dəyişib. Yəni cinayət işinə xitam verilməsindən söhbət getmir.

Ötən il noyabrın 26-da Nardaranda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və başqalarının həbsiylə nəticələnmiş polis əməliyyatı Əbülfəz Bünyadovun evində gerçəkləşdirilmişdi. Əməliyyat nəticəsində qətlə yetirilən dörd nəfər Nardaran sakinindən ikisi onun əmisioğlanları idi - Rəfael və Fərail Bünyadovlar. Ağır yaralı Əbülfəz Bünyadovu isə həbs etmişdilər. O, həmin vaxtdan bəri Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılırdı. Ə. Bünyadov ona dəyən güllələrdən hərəkət qabiliyyətini itirib və bir il iki aydır ki, yataqda iflic durumundadır. Onu yerindən tərpədib məhkəməyə aparıb-gətirmək mümkün olmadığından, bu işi Taleh Bağırovgildən ayırmışdılar.

"Cinayət işinə xitam verilməsindən söhbət getmir"

Dekabrın 20-də Ə. Bünyadov məhkəmə qərarı ilə azadlığa buraxılıb. Bu barədə AzadlıqRadiosu-na vəkil Yalçın İmanov məlumat verib. Ə. Bünyadovun müdafiəsinə bir neçə gün öncə qoşulan vəkil qərarla hələ tanış deyil: "Hələlik, təqdimat verilmədiyindən, mən onun işinə çıxmamışam. Yaxınlarından aldığım məlumata görə, məhkəmə prokurorluğun təqdimatı əsasında Əbülfəz Bünyadov barəsindəki həbs-qətimkan tədbirini dəyişib. Yəni cinayət işinə xitam verilməsindən söhbət getmir".

Ə. Bünyadovun yaxınları AzadlıqRadiosu-na deyiblər ki, o, hələlik, evə gəlib çıxmayıb: "Bizdə olan məlumata görə, yoldadır, gətirirlər".  Nardaran əməliyyatından sonra Ə. Bünyadovun iki qohumu da həbs olunub.

* * *

Əbülfəz Bünyadov artıq evindədir

Bir neçə saat öncə azadlığa buraxılan Əbülfəz Bünyadov artıq evində olsa da, özünü halsız hiss etdiyindən, yaxınları müsahibə verməsinə razı olmayıblar. “İflic olduğuna görə zindana göndərmək deyil” Onun dostu Əhsən Nuruzadə AzadlıqRadiosu-na deyib ki, Əbülfəz Bünyadovun cinayət işi xətm olunub və o, birdəfəlik azadlığa buraxılıb: “Onun ev dustaqlığına buraxılmasına məhkəmə dekabrın 26-da baxmalı idi. Amma beynəlxalq təşkilatlar Əbülfəzlə bağlı danışıqlar aparandan sonra qəfil qərar verilib. O, birdəfəlik azadlığa buraxılıb”.

Əhsən Nuruzadə Əbülfəz Bünyadovun azadlığa buraxılmasını səhhətinin ağır olması il izah edir: “Çünki o, iflic vəziyyətindədir. Bu dəqiqə onunla bağlı cinayət işi açıb zindana göndərmək mümkün deyil”.

İş günü bitdiyindən, hüquq-mühafizə orqanlarından cinayət işinin xətm edilib-edilmədiyini dəqiqləşdirmək mümkün olmayıb. “Müalicə müəssisəsində ona baxılmayıb” 40 yaşı olan, dörd övlad sahibi Əbülfəz Bünyadov bir il öncə, Nardaran hadisələri zamanı həbs edilərkən, onurğa sütunundan yaralanıb. O, bundan sonra hərəkət qabiliyyətini itirib.

Əhsən Nuruzadənin sözlərinə görə, Əbülfəz Əliyev həbsdə olduğu müddətdə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib: “O, müalicə edilməyib, ona heç baxılmayıb, sadəcə, orda yaraları dərinləşməsin, qanaxması olmasın deyə, yüngül dava-dərman ediblər. Sinədən aşağı yaraları var. İnşallah, gələcəkdə müalicə etdirəcəyik. Ayağa qalxmasına ümid az da olsa var, sadəcə, xərci var”.

Dostu Əbülfəz Bünyadovun səhhətində problemlər olsa da, əhvalının yaxşı olduğunu bildirir.

Xatırlatma

Ötən il noyabrın 26-da polisin Bakının Nardaran qəsəbəsindəki əməliyyatında ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən, 2 polis əməkdaşı da həlak olub.

Nardaranda və Sabunçu polis idarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 ayadək həbs cəzası alıb. Hazırda Nardaran əməliyyatına görə saxlanılan 18 nəfərin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. 

Criminal.az




Loading...


loading...
Loading...
loading...

Oxşar xəbərlər