Azərbaycanda daha üç məhbus öldü - BİRİ CİBGİRDİ

Azərbaycanda daha üç məhbus öldü - BİRİ CİBGİRDİ

Azərbaycanda daha 3 məhkum vəfat edib. APA-nın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan məhkumlar - Rafiq Məmmədtağıyev, Məzahir Həmdəmov və Namiq Acalov dünyalarını dəyişiblər. Onların müxtəlif xəstəliklərdən əziyyət çəkdikləri bildirilir.

Criminal.az xatırladır ki, R.Məmmədtağıyev cibgir olub. O, 96 saylı xətt avtobusunda Bakı şəhər sakini Qara Məmmədovun cibindən 550 manat pulunu oğurlamaqda şübhəli bilinərək həbs edilmişdi. 

Criminal.az