Bakıda anasının başını kəsib gözlərini çıxardan gənc öldü

Bakıda anasının başını kəsib gözlərini çıxardan gənc öldü

Bakıda 6 il əvvəl anasını başını kəsərək qətlə yetirən və yandıran şəxs xəstəxanada ölüb. Criminal.az saytı Report-a istinadən xəbər verir ki, ölüm hadisəsi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında qeydə alınıb.

Belə ki, xəstəxanada müalicə alan 1984-cü il təvəllüdlü Şahbalayev Emin Firuddin oğlu hələlik məlum olmayan səbəbdən vəfat edib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. E.Şahbalıyevin epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E.Şahbalayev 2010-cu ilin dekabrında Binəqədi rayonunun Binəqədi qəsəbəsi I Mədən Korpus 25 ünvanında anası 57 yaşlı Nuriyyə Bilalovanın başını kəsib. E.Şahbalayev anasını öldürdükdən sonra onun gözlərini çıxarıb. Bundan sonra anası ilə birgə yaşadığı evi yandıraraq hadisə yerindən qaçıb. Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində E.Şahbalayev Xırdalan şəhəri ərazisində saxlanılıb.

Araşdırma zamanı onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi məlum olub. E.Şahbalayevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə baxılıb. O, bir neçə il azadlıqdan məhrum edilib. E.Şahbalayev həbsdə olduğu zaman 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. 

Criminal.az xatırladır ki, Emin anasını öldürən zaman onun xalası Şərqiyə bildirmişdi ki, bacısı oğlu əsgərlikdə xəstə salınıb. “Emin 2003-cü ildə, hərbi xidmətə gedənədək sağlam uşaq idi. Naxçıvanın Ordubad şəhərində hərbi hissədə qulluq etdikdən 3 ay sonra Papanində hərbi hospitala gətirildi. Mən onun yanında olanda dedi ki, xala, hərbi hissədə komandir məni söyüb, döyüb, belimə zərbələr endirdi. Elə o vaxtdan uşaqda epilepsiya xəstəliyi yarandı. Onu hərbi xidmətdə döyüb, dəli elədilər. Anası 50 yerə müraciət etdikdən sonra ona ruhi xəstə olması barədə arayış ala bildi. Ondan sonra dövlət ona 80 manat təqaüd kəsdi...”-deyə xala demişdi. 

Qətlə yetirilən Nuriyyə Bilalova Dövlət Neft Akademiyasının bufetində xidmətçi işləyirmiş. Neft Akademiyasında qətliam olan zaman həm özünü, həm də tələbələri xilas edib. Dəhlizə çıxıb, qətl törədən Fərda ilə üz-üzə gəlib. Ancaq Fərda onu öldürməyib. 

Criminal.az




Loading...


loading...
Loading...
loading...