Çimərlik, tennis, at belində səyahət- dünyanın ən lyuks həbsxanasından FOTOLAR

Çimərlik, tennis, at belində səyahət- dünyanın ən lyuks həbsxanasından FOTOLAR

Həbsxanaya düşməyi heç kim arzulamır. Cinayətkarlığın artdığı bir zamanda kameralarda da sıxlıq yaşanır. Odur ki, həm azadlığı itirmək, həm də heyvan şəraitində yaşamaq qorxusu insanları dəhşətə gətirir. Ancaq dünyada elə həbsxanalar var ki, sadə insanlara kurort təsiri bağışlayır.

Criminal.az saytı 24saat.org-a istinadla bildirir ki, Norveçdəki “Bastoy” həbsxanası məhz belələrindəndir. Bastoy dünyanın ən lyuks həbsxanasıdır. Burada cəmi 100 məhbus var ki, onlar “cəza”ların çimərlikdə tikilmiş taxta kotejlərdə çəkir. Məhbuslar balıq tutur, özlərini günə verir, tennis oynayırlar. Arada təbiəti at belində səyahətə çıxırlar.

Həbsxanada qaydalar çox sadədir. Məhbuslar 8:30- da oyanırlar. Saat 15:30-dək öz seçdikləri işlə məşğul olurlar. Bu iş bağbançılıq, atlara qulluq, yaxud hansısa fermada yüngül işdən ibarət olur. Hər bir halda günə 10 dollar qazanırlar. Bu pulu yerli maqazinlərdə xərcləyə bilərlər.

“Bastoy” həbsxanasının yerləşdiyi ada ilə materik arasında 2,5 km var. Ona görə də həbsxana ərazisində heç bir yerdə hasar, yaxud tikanlı məftilli sədd yoxdur. Burdan hələ heç qaçmaq istəyən də olmayıb. 

Criminal.az


Çimərlik, tennis, at belində səyahət- dünyanın ən lyuks həbsxanasından FOTOLAR
Çimərlik, tennis, at belində səyahət- dünyanın ən lyuks həbsxanasından FOTOLAR