Bakıda sədrin oğlunu niyə öldürdülər?

Bakıda sədrin oğlunu niyə öldürdülər?

Bakıda Seçki Komissiyasının sədrinin oğlunu vəhşicəsinə qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Zülfü oğlu Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə V.Rüstəmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub. P

rosesdə V.Restəmovun anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 10-na təyin edilib.

Qətl hadisəs 2016-cı il yanvarın 7-də baş verib. Fərid Abbasov adlı şəxsin üzərində zorakılıq əlamətləri olan meyiti tapılarkən onun qollarının bağlı vəziyyətdə olması aşkar edilib. Nizami rayonu, R.Rüstəmov küçəsindəki mənzildə meyiti tapılan Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur. Qətli törədən Lerik rayon sakini Vüqar Rüstəmov hadisədən sonra gizlənsə də, polis əməkdaşları tərəfindən saxlanılıb. Mərhumun qətlindən sonra onun müxtəlif saytlarda ailə qurmaq üçün qız tapmaq məqsədi ilə elanlar yerləşdirdiyi məlum olmuşdu. Onun elanlarından sonuncusunda isə məlum olub ki, Fərid Abbasov Şərur rayonundan olan 26 noyabr 1995-ci təvəllüdlü Əfsanə adlı bir qızın axtarışındadır. Hətta Əfsanənin tapılmasına vasitəçilik edən şəxsə 700 manat məbləğində mükafatın veriləcəyini də vəd etmişdi. İlkin ehtimal qətlin qisas məqsədi ilə törədilməsidir. 

Criminal.az






Oxşar xəbərlər