Tağı Əhmədov İtalyaya tətilə gedib - Çovdarov məhkəmədə onu gözləyir

 Tağı Əhmədov İtalyaya tətilə gedib - Çovdarov məhkəmədə onu gözləyir
Xəbər verildiyi kimi, Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi bu gün saat 11:00-a təyin edilmişdi.
 
Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan proses saat 14:00-dək təxirə salınıb.
 
Buna səbəb zərərçəkmişlərdən Tağı Əhmədovun və Akif Çovdarovun vəkillərinin prosesə gəlməməsi olub.
 
Bu iş üzrə təqsirləndirilən şəxslərin vəkillərindən əldə etdiyimiz məlumata görə, zərərçəkmişlərdən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri, Bakı Metropolitenin sabiq rəhbəri Tağı Əhmədov İtalyada olduğu üçün məhkəməyə gəlmədiyi deyilir. Onun yeni il tətili üçün İtaliyaya getdiyi bildirirlir. Bu gün səhər saatlarında Bakıya qayıdacaq Tağı Əhmədovun 14:00-da məhkəməyə gələcəyi deyilir.
 
***
 
Ancaq Tağı Əhmədov məhkəməyə gəlməyib və Akif Çovdarovun məhkəməsi təxirə salınaraq, yanvarın 11-nə təyin edilib. Bunun səbəblərindən biri də Çovdarovun 3 vəkilindən heç birinin prosesdə iştirak etməməsi olub.
 
Vəkillər Kamandar Nəsibov, Sadiq Rəsulov və Şahin Rəfiyev müxtəlif səbəblərə görə məhkəməyə gəlməyiblər.
 
***
 
Qeyd edək ki, Tağı Əhmədov Akif Çovdarova 3 milyon manata qədər pul verdiyini iddia edir. Çovdarov tərəfindən təhdid edildiyini, oğlu və qohumları ilə şantaj edildiyini deyən Əhmədov buna görə generalın tələbini yerinə yetirdiyini deyir.
 
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb. 
 
Criminal.az





Oxşar xəbərlər