Tanınmış ilahiyyatçıya hökm oxundu

Tanınmış ilahiyyatçıya hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafaoğlunun məhkəmə istintaqı başa çatıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Mustafaoğlu 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, dövlətə xəyanətdə ittiham olunur. İlahiyyatçı ona elan olunan ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində ittiham aktında ona qarşı konkret sübut olmadığını, cinayət işinin boş xülyalardan ibarət olduğunu deyib. Xatırladaq ki, E.Mustafaoğlu 2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub. 

Criminal.az