Zorlandığını deyən 15 yaşlı qızını boğan ana hakim qarşısında

Zorlandığını deyən 15 yaşlı qızını boğan ana hakim qarşısında

Bakıda dəhşətli qətl hadisəsini törətməkdə təqsirləndirilən qadının məhkəməsi keçirilib. O, qızını boğaraq öldürməkdə günahlandırılır. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1981-ci il təvəllüdlü Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

2001-ci il təvəllüdlü qızı Ehsanə Cəfərovanı boğaraq qətlə yetirməkdə təqsirli bilinən Z.Cəfərovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hazırlıq iclasında Züleyxa Cəfərovanın anket məlumatları dəqiqləşdirilib. Onun əslən Masalll rayonun Qarağa kəndində qeydiyyatda olduğu, amma Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşadığı məlum olub. Hadisə də Balaxanı qəsəbəsində baş verib.

Hadisənin tükürpədici təfərrüatları belədir ki, 3 uşaq anası olan Cəfərova öz qızını hirsindən şərflə boğub. Cəfərovanın digər övladlarından birinin 4, digərinin isə 9 yaşı var. Məlumata görə, qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb. Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb. Məhkəmədə qətlə yetirilən 15 yaşlı qızın hüquqi varisi kimi atası Anar Ağayev tanınıb.

Məhkəminin hazırlıq iclası yanvarın 12-nə təyin edilib. Züleyxa Cəfərova ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb. 

Criminal.az